Min illik Azərbaycan tarixini romanlarında yaşadan yazıçı Yunus Oğuz (FOTO)

Min illik Azərbaycan tarixini romanlarında yaşadan yazıçı Yunus Oğuz (FOTO)

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Səfəvi Şeyxi" romanının müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, öncə kitabın bədii redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılandığını vurğulayıb. Qeyd edib ki, Yunus Oğuz müasir dövrdə Azərbaycan tarixi romanının ən əsas yaradıcılarından biridir: "Müəllifin çox sayda tarixi romanı var. Bu romanlarda Azərbaycan dövlətçilik tarixi, Azərbaycan milli dövlətçilik təfəkkürü, azərbaycançılıq idealları ön mövqedə dayanır və əsas aparıcı xətti müəyyən edir. Müəllifin tarixi romanlarında tarix və bədii düşüncənin balansı doğru tapılmışdır. O tarixi reallığı, obyektivliyi qoruyub saxlamaq şərtilə bədii təfəkkür, bədii yanaşma, yazıçı mövqeyinə münasibəti ifadə edərək romanlarında tarixiliklə bədiiliyin yerini, rolunu münasib balansda apararaq son nəticədə onu bədii əsər kimi meydana qoymağı bacarır. Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur".

***

"Səfəvi Şeyxi" romanının ictimai əhəmiyyətindən danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, Yunus Oğuz yaradıcılığında Azərbaycan tarixinin müxtəlif dövrlərinə müraciət edib. Attiladan başlayaraq Əmir Teymur, Nadir Şah, Təhmasib, Çingiz xandan da yazıb. Hətta Azərbaycan tarixindən kənara da çıxaraq bütün türk dünyasının tarixinə müraciət edib: "Amma Azərbaycan tarixinə aid olan əsərləri bizim tarixin ən mühüm dövrlərini əhatə edir, o cümlədən səfəvilər dövrünü. Məlum olduğu kimi səfəvilər dövrü Azərbaycan tarixində özəl yeri olan bir dövrdür. O, Səfəvilər dövlətini dünyaya Azərbaycan dövləti kimi təqdim edir. Bunun da tarixi və elmi əsası var". Onun sözlərinə görə, Azərbaycan sözü bir çox mənbələrdə işlənir. Hətta "Baburnamə"də Azərbaycan dövlət adı kimi işlənib: "İndi bəzi erməni tədqiqatçıları təbliğ etməyə çalışırlar ki, Azərbaycan sözü və Azərbaycan dövləti olmayıb. Əslində bu iddialar yalan bir nəzəriyyə və böhtandır. Bu romanın əhəmiyyəti ondan barətdir ki, Səfəvi dövləti yaranmamışdan əvvəl onun ideologiyası ortaya qoyulub. Bu dövlətin hansı dini ideologiya əsasında yarandığı əsərdə əksini tapıb. Çox maraqlıdır ki, bəzi fars şovinistlərinin iddialarına görə, türklər ancaq vuruşmağı bilirlər. Amma burada göstərilir ki, türklər həm də İrfanın təlimini həyata keçirməyi bacarırlar. Səfiyyəddindən başlamış dövlət qurucusu Şah İsmayıla qədər olan dövr həmin bu təlimlərin-Səfəvi fəlsəfəsinin, Səfəvi ideologiyasının bəhrəsidir. Bi isə o deməkdir ki, Səfəvi dövləti nəzəri əsası olmadan yaranmayıb. Mənə elə gəlir ki, bu romanın əsas qayəsi budur ki, Səfəvi dövlətinin dini-ideoloji, elmi-fəlsəfi əsasları qədim Səfiyyəddindən gəlir, sonra Şeyx Cüneyddən keçir, sonra Şah İsmayılın atası Heydərdən keçir və bütün bu nəsil faciəvi şəkildə həlak olur. Bunların həlak olması bahasına Şah İsmayıl gəlib möhtəşəm bir dövlət qurur".

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, Yunus Oğuzun tarixi romanları təkcə Azərbaycanda deyil, eləcə də bir sıra xarici ölkələrdə rəğbətlə qarşılanır: "Yunus Oğuzun tarixi romanları bir sıra gizli mətləblərə aydınlıq gətirir. Bu onun tarixi dərindən bilməsi ilə birbaşa əlaqəlidir. O, türk dünyası tarixinə dərindən yiyələndiyi üçün öz fikirləri ilə məclislərdə hamının diqqətini cəlb edir, hamını heyrətləndirir. İlk əvvəllər onun tarixi mövzularda publisistik əsərləri var idi. Sonradan bədii əsərlər yazmağa başladı və üç pyesi ərsəyə gəldi. Xüsusən, "Nadir şah" əsəri Azərbaycan tarixinin çox diqqətçəkən bir dövrünə həsr olunmuşdu və xeyli də maraq doğurdu, mübahisələrə səbəb oldu. "Nadir Şah" romanı Yunus Oğuzun bədii romançılığında ilk böyük uğurlarından biri oldu. Ondan sonrakı ədəbi fəaliyyətində də Yunus bəy yenə də tarixi biliklərini göstərdi, tarixi hadisələrə öz yanaşmasını ortaya qoydu".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, əməkdar jurnalist, yazıçı-publisist Səyyad Aran bildirdi ki, XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi, XX əsrin ortaları və sonlarında Fərman Kərimzadə Azərbaycan tarixindən bəhs edən tarixi romanlar yazmağı öz üzərlərinə götürmüşdülərsə, XXI əsrdə bu şərəfli yolu Azərbaycan ədəbiyyatında Yunus Oğuz davam etdirir: "Müasir oxucular Yunus Oğuz imzasını görəndə, adını eşidəndə ilk olaraq Azərbaycan tarixini yada salırlar. Yunus Oğuzun əsərlərində Orta Asiyada baş vermiş tarixi hadisələrdən tutmuş, bu günümüzə qədər olan hadisələr mühüm yer tutur. Tarixi əsərlər yazmaq bədiilikdən başqa, həm də tətqiqatçılıq tələb edir. Yunus Oğuz bunun öhdəsindən ustalıqla gəlir. O əsərlərinə ədəbiyyatşünas filoloq həssaslığı ilə yanaşır.

Alim həmçinin qeyd etdi ki, Yunus Oğuz üslubu və dili hər bir oxucunun rahat anlayacağı və dərk edəcəyi tərzdədir".

Sovetlər dövründə yazılan tarixi əsərlərin başqa səmtdə olduğunu diqqətə çatdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, Əjdər Ol qeyd edib ki, tarixlə bağlı əsər yazmaq olduqca çətindir. Çünki, arxiv, kifayət qədər məlumatlar, şahidlər var. Belə bir şəraitdə tarixi əsər yazmaq dərin tarixi bilik tələb edir: "Yunus Oğuz Nadir şahdan başlayaraq geriyə qayıtdı. Yaxşı olardı ki, tarixi əsərlər yazılarkən ardıcıllıq olsun. Hesab edirəm ki, gələcək fəaliyyətində Yunus Oğuz bu amili də nəzərə alacaq". Onun sözlərinə görə, Yunus Oğuzun romanları maarifçi, öyrədici, təxəyüllü əsərlərdir. Bu baxımdan həmin əsərlər gənc nəsil üçün əhəmiyyətlidir: "Səfəvi Şeyxi" romanının bədii tərəfi sənətkarlıqla işlənib. Odur ki, sərbəst və rahat oxunur, asan anlanılır. Hesab edirəm ki, belə silsilə tarixi əsərlərin davam etdirilməsinə ehtiyac var".

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu gün bir-iki dəyərli yazarımızı çıxmaq şərti ilə bizim tariximiz demək olar ki, yiyəsizdir: "Ermənilər olmayan tarixlərindən qalaq-qalaq kitablar yazırlar. Ruslar öz tarixlərində çox zaman olmayan hadisələri qeyd edirlər. Amma bizdə bu qədər zəngin tariximiz haqqında kitablar, romanlar demək olar ki, yazılmır. Bu gün tariximizi qloballaşan dünyada təqdim etmək bizim ən böyük nailiyyətimiz, uğurumuz ola bilər. Zəngin tariximiz ola -ola biz bu məsuliyyətli və qürurverici işdən çox vaxt yayınırıq. Biz öz tariximizə yetim baxmamalıyıq".

Əhməd Qəşəmoğlu təəssüflə qeyd etdi ki, Yunus Oğuz bu ağır yolda tək addımlayır: "Müstəqillik əldə etdikdən sonra Yunus Oğuz tariximizin dərin qatlarına vararaq bu şərəfli missiyanı öz ciyinlərinə götürüb. Yunus Oğuz çox böyük və məsuliyyətli işlə məşğuldu. Bu gün hər kəs türk dövlətlərinin birliyindən, turançılıqdan bəhs edir. Bu birlik maddi dəyərlər deyil, zamanla mənəvi bağlar, tarixi dəyərlər əsasında yaranır. Bu müqəddəs və şərəfli yolda Yunus bəyi sevməyənlər hər zaman ona mane olmağa çalışsalar da, ö qətiyyət və cəsarət nümayiş etdirərək silsilə şəkildə tarixi romanlar yazmağa davam edir. Bu qürurlu və uğurlu yolda ona ancaq uğurlar arzulamaq olar".

***

Yunus Oğuz cəsarətli yazıçı olmasından əlavə, qeyrətli oğul, vətəndaş olduğunu eşitdiyini qeyd edən tanınmış filoloq-tarixçi, türkçü alim, professor Əjdər Tağıoğlu qeyd etdi ki, bu gözəl şaiyələr sayəsində onlar dostlaşdı: "Mən Yunus bəyin tətqiqatçı olaraq cəsarətinə heyranam. Onun bu cəsarəti sayəsində gənc nəsillər Azərbaycan tarixini sevməyə, öyrənməyə can atırlar. Tarixi romanları bu günün tarixi aspektlərdən qələmə almaq asan deyil. Bu kitablar gənclərimizin stolüstü kitabları olmalıdır. Tarix tarixdə qalmamalıdır. Tariximizi gənclərə öyrədilməlidir. Yunus Oğuzun qələminin itiliyi, hünəri mənə məlumdur. Bu tarix sizin çiyinlərinizdədir. Mən sizə yaradıcılığınızda uğur arzulayıram".

"Xalq qəzeti"nin baş redaktorunun Tahir Aydınoğlu qeyd etdi ki, vətəndaş yetişdirmək üçün dil və tarix çox önəmlidir: " Tariximiz ağır statistika ilə yazılanda gənclər onu oxumaqdan, öyrənməkdən qaçırlar. Amma Yunus bəyin rəvan dili və axıcı üslubu sayəsində bugünkü gənclər sevə-sevə tariximizi öyrənirlər. "Səfəvi Şeyxi" kitabının müzakirəsinin məhz burada - AYB-də aparılması heç də təsadüfü deyil. Bura Azərbaycanın ziyalı ocağıdı. Bu məsuliyyətli və ağır yolda dəyərli ziyalımız Yunus Oğuza uğurlar arzulayıram."

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd etdi ki, yanvar ayından ilin son ayına kimi biz ancaq tariximizin faciəvi məqamlarını qeyd edirik: "Bu gənclərdə də müəyyən ruh düşkünlüyünə səbəb olur. Hər kəs düşünür ki, tariximizdə uğurlu, qürur duyacağımız məqamlar çox azdı. Amma Yunus bəyin romanları sayəsində biz tariximizdə nə qədər uğurlu, qalib məqamların gizlənildiyinin şahidi oluruq. Tariximizin şərəfli lövhələri Yunus Oğuzun romanlarında öz əksini tapır. Bədii üslub və tarixilik baxımdan bu romanlar çox dəyərlidir. Bu gün gənclərimizn maariflənməsi yönündə kitabın, ədəbiyyatın rolu böyükdür. Xüsusilə, tariximizi gənclər arasında məhz bu cür önəmli, dəyərli romanlarla, kitablarla təbliğ edə bilərik."

Tədbirdə iştirak edən tanınmış şair Şöhrət Əvşar bildirdi ki, Yunus Oğuz ədəbiyyatımızda tarixi romanlar boşluğunu dolduran nadir yazıçılarımızdandır: "Yunus bəy qarşısında bir məqsəd var: gənc nəsllər Azərbaycan tarixi haqqında bütün doğru bilgilərə malik olmalıdır. Zamanla tariximiz rusların arzuladıqları kimi yazıldı. Amma indi bizim belə bir öhdəliyimiz yoxdu. Bu gün gənclər və orta yaşlı oxucular Nadir şahın həqiqətən kim olduğunu məhz Yunus bəyin kitabından oxuyub, öyrənir. "Nadir şah" romanında Yunus bəy Nadir şahı türkçülüyə, turançılığa önəm verən şəxsiyyət kimi təqdm etdi."

Şöhrət Əvşar bu gün televiziyalarda yayımlanan verilişlərə də nəzər salaraq bildirib ki, Yunus Oğuzun təkcə Dövlət Televiziyasında yayımlanan "Yaddaş" verilişinin özü bütöv Azərbaycan tarixinin həqiqətlərinin hər bir evdə səslənməsinə vasitəçi olur. Yunus Oğuz yaradıcılığında türkcülük ideologiyası əsas xətlərdən biridir."

Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu qeyd etdi ki, Yunus Oğuz müqəddəs missiya ilə məşğuldur: "Tarixin vurduğu yaraları sağaltmaq və onları roman şəklində təqdim etmək asan deyil. Tarixi hadisələr, məqamlar təkcə tarixdə deyil, bədii əsərlərdə önə çıxır. Bu istiqamətdə Yunus Oğuzun əziyyəti danılmazdır.Düşünürəm ki, Yunus Oğuz yaradıcılığının ictimai əhəmiyyəti də məhz elə bu missiyalardadır. Yunus Oğuz əsərlərində nəinki Azərbaycan tarixini, eləcə də böyük türk dünyasının tarixini öyrənirik. Onun bütün əsərlərinə baxanda bir ana xətii görmək olur: Azərbaycan dövlətçiliyinin tarix, Azərbaycançılıq ideyası və milli məfkurə!"

Sonda çıxış edən tarixi əsərlər müəllifi yazıçı-publisist Yunus Oğuz iştirakçılara təşəkkür edərək bildirdi ki, "Səfəvi Şeyxi" tarixi romanı Azərbaycanın həm Şeyx Səfiyəddindən başlamış, Şeyx Cüneydə qədərki dövrü əhatə edir. Və təbiidir ki, 1501-ci ildə hakimiyyətə gələn Şah İsmayıl üçün idealoji zəmin hazırlayan bir dövrdü. Eyni zamanda bu roman təkcə tarixi hadisələrlə deyil, türk sufiliyinin əsasları da verilir. Kimlərsə Şah İsmayılın hakimiyyəti zamanındakı sufiliklə tanış olmaq istəsələr bu romanı oxuya bilərlər. Bu roman həm də onunla məşhurdur ki, Şeyx Cüneyd ilk dəfə şiəliyə keçərək, Şah İsmayıl üçün ideoloji əsas qoyur və şiə dövləti yaranır. Qacarlar istisna olaraq, Azərbaycanın min illik tarixi 10 romanda öz əksini tapır. Bu romanlarda təkcə Azərbaycan tarixi deyil, bütün türk dünyasının tarixi əksini tapıb. Yeni romanlar yazmaq üçün potensialımız var. Növbəti kitabların müzakirəsində, təqdimatlarında yenidən sizlərlə görüşəcəyimə ümid edirəm."

Ulduzlaşma zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə 36 ay vaxt veriləcək
Ulduzlaşma zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə 36 ay vaxt veriləcək
Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq
Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq
Hotellərə ulduzların verilməsinə maydan başlanacaq
Hotellərə ulduzların verilməsinə maydan başlanacaq
Loading Bars
Xəbər lenti
Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu
“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Ankara Rusiya gəmiləri üçün boğazları bağlaya bilər
Maştağada antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb
Bakıda muzdla işləyənlərin maaşı 10 faiz artıb
Bakı polisi koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirdi
Gürcüstanda koronavirusa ikinci yoluxma halı
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” (VİDEO)
Bakıda qadını döyüb avtomobilini əlindən aldılar
Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib (FOTO)
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi
İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda uşaq bağçalarına qəbulda YENİLİK (FOTO)
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
Sun markası Məktəblərdə Gigiyena tədrislərinə start verdi (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb
Güclü külək bəzi rayonlarda qaz təsərrüfatına ziyan vurub (FOTO)
Bərdədə qadının döyülərək qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı
Çin səfərindən qayıdan Monqolustan prezidenti karantinə alındı
Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur
Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib
Elmar Qasımov İstanbul Texnik Universitetinin rektoru ilə görüşüb (FOTO)
Bakı Limanında koronavirusla bağlı "Qaynar Xətt" fəaliyyətə başlayıb
ASB Bank İnternet və Mobil Bankçılıq platformalarını yenilədi!
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib (FOTO)
Müəllim olmaq istəyənlər üçün yeni sənədlər hazırlandı
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
BSU-da növbəti maarifləndirici tədbir (FOTO)
Ankarada Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyası çərçivəsində seminar baş tutub (FOTO)
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
Koronavirus hansı səthlərdə daha çox yaşayır?
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
Övladlığagötürmə sahəsində müasir və innovativ idarəetmə təşki edilir
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin görüşü olub (FOTO)
Oğuzdakı silahlı qətlin təfərrüatı məlum oldu
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək
Dövlət Neft Fondunun 2019-cu il üzrə gəlir və xərcləri açıqlandı
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıb
Azərbaycanda vəzifəli şəxslər maliyyə məlumatlarını təqdim edəcəklər
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq
KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi (FOTO)
DSX: Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb (FOTO)
Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq
Aİİ rektoru ingilis dili kursunda iştirak edəcək tələbələrlə görüşüb (FOTO)
Bakıda təhsil müəssisələri və dini ibadət yerləri dezinfeksiya edilib
Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək
Fevralın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Milli Məclisin deputatı Tacikistanda parlament seçkilərini müşahidə edəcək
Bakı polisi 35 cinayətin üstünü açdı
Atəşkəs snayper tüfənglərlə pozuldu - 24 dəfə
Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər
ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı Faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb
Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi
Bolqarıstanın Energetika naziri: Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq (MÜSAHİBƏ)
Çində koronavirusa yoluxanların 46 faizi sağalıb
İdlibdə şəhid olan türk hərbçilərinin sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB 2)
Çində yeni növ koronavirusa yoluxanların sayı 78,8 minə yüksəlib
Mariya Şarapova idman karyerasını bitirir
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb
Türkiyə Suriya ordusuna cavab zərbələri endirir
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin nəticələri məlum oldu (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər