...

Bu il Azərbaycanda hansı tarixi abidələrdə bərpa və yenidənqurma işləri aparılacaq?

Mədəniyyət Materials 8 Yanvar 2020 18:48 (UTC +04:00)
Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilib.
Bu il Azərbaycanda hansı tarixi abidələrdə bərpa və yenidənqurma işləri aparılacaq?

Bakı. Trend:

Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilib.

Trend-in məlumatına görə, il ərzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq etdiyi "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın tədbirlər Planına uyğun olaraq işlər həyata keçirilib.

Qazax rayonunda yerləşən "Sınıq körpü", Şabran rayonunda yerləşən "Çıraqqala" abidələrində bərpa-konservasiya, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin Quba rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Yerfi kənd məscidində sahibkarın dəstəyi ilə aparılan yenidənqurma və bərpa işləri davam etdirilir.

Ötən ilin aprel ayında Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb və hazırda TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri aparılır. Eləcə də Şamaxı rayonunda Pir Ömər Ziyarətgahında tikinti-abadlaşdırma üzrə layihə işləri yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti