...

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib

Mədəniyyət Materials 18 Fevral 2020 20:16 (UTC +04:00)
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib

Bakı. Elçin Mehdiyev - Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar qəbul edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarla Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib.

Qərara əsasən Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti