...

Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmizin iştirakı ilə bağlı müzakirələr aparılıb

Mədəniyyət Materials 20 Fevral 2020 16:16 (UTC +04:00)
2020-ci ildə keçiriləcək növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.
Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmizin iştirakı ilə bağlı müzakirələr aparılıb

Bakı. Trend:

2020-ci ildə keçiriləcək növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 19 fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüş keçiriblər.

Görüş zamanı ölkəmizin "Fəxri qonaq ölkə" qismində iştirakı ilə bağlı silsilə tədbirlərin keçirilməsi müzakirə olunub. Həmçinin Dövlət Ermitajında qorunub saxlanılan Azərbaycan mədəniyyət nümünələri ilə tanışlıq olub, restovrasiya mərkəzində eksponatların nümayişi baş tutub və ölkəmizə ayrılacaq zallar müəyyən edilib.

Qeyd edək ki, forum çərçivəsində Dövlət Ermitajında keçiriləcək silsilə tədbirlərin və ölkəmizin mədəniyyətinin təbliğ edilməsi məqsədilə burada qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrindən ibarət daimi ekspozisiyanın təşkili planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti