...

Xalq artisti dünyasını dəyişdi (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2020 09:50 (UTC +04:00)
Xalq artisti dünyasını dəyişdi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xalq artisti Rafiq Əliyev 71 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə sənətçinin həmkarları və yaxınları bildirib. Onlar sosial şəbəkədə xalq artisti ilə bağlı paylaşımlar edib, ailəsinə başsağlığı veriblər.

Mərhum bu gün Maştağa kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Rafiq Hacıbaba oğlu Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olunub, 1970-cu ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. O, 2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilib. Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti