...

“Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi başlayıb

Mədəniyyət Materials 10 Noyabr 2020 18:08 (UTC +04:00)
“Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi başlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Dünyaya Pəncərə” Biləsuvar Gənclərinin İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi öz işinə başlayıb.

Bu barədə İctimai Birlikdən Trend-ə daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, layihənin əsas məqsədi Azərbaycandakı tolerant əhval-ruhiyyə və ölkəmizdəki etnik-dini müxtəlifliyə baxmayaraq fərqli xalqların nümayəndalərinin dinc şəkildə birlikdə yaşaması barədə Fransız media oxucularının məlumatlandırılması yolu ilə mövcud multikulturalizm modelinin təbliğinin təşkilidir. Layihə çərçivəsində öncül Fransa mətbu orqanlarından olan “L’Ami Hebdo d’Alsace”, “L’Alsace” qəzetlərində Azərbaycanda mövcud multikultural vəziyyət haqqında hazırlanmış 6 məqalə çap olunacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində görüləcək işlər Azərbaycan Respublikasına qarşı beynəlxalq arenada aparılan qarayaxma kampaniyalarının həqiqətə uyğun olmamasının hədəflənmiş oxucu kütləsinə çatdırılmasına, əkslərin vəhdəti olan Vətənimizin multikultural dəyərlərinin təbliğinin təşkilinə tövhə olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti