Azərbaycanlı jurnalist Fransa mediasında Qarabağ atlarından yazıb

Azərbaycanlı jurnalist Fransa mediasında Qarabağ atlarından yazıb

Bakı. Trend:

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr xəbər portalında “Qarabağ atı - bəşəriyyətin dünya irsinə aid bir cins” (Le cheval Karabakh, race appartenant au patrimoine mondial de l’humanité) başlıqlı məqaləsi yayımlanıb.

Məqalədə müəllif Böyük Britaniyanın paytaxtı London şəhərində Qarabağ atlarının da iştirak etdiyi ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda Kraliça II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə Azərbaycanın təqdim etdiyi "Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya təqdimatının nümayiş olunduğunu diqqətə çatdırır. Jurnalist sözügedən təqdimatda Qarabağ atlarının füsunkar gözəlliyi, Azərbaycanın milli musiqisi və rəqslərinin britaniyalıları heyran etdiyni qeyd edib.

Jurnalist yazır ki, ilk dəfə “Xarıbülbül” kompozisiyası bu il iyunun 15-də Şuşada Azərbaycanın Birinci vitseHeydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı nümayiş etdirilib. Müəllif “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirdiyini xatırladıb. Həmin vaxt Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atının hədiyyə edildiyini də bildirib.

Müəllif Azərbaycanda at hədiyyə verməyin ənənəsindən söz açaraq, atın sədaqətdə etibarlı bir yoldaş olması baxımından bunun xüsusi bir məna daşıdığını bildirb.

Zeynab Kazımova sovet hökuməti tərəfindən 1956-cı ildə İngiltərə Kraliçası II Yelizavetaya "Zaman" ləqəbli bir Qarabağ atının hədiyyə olaraq göndərilməsinin Azərbaycan at yetişdirilməsi tarixindəki mühüm hadisələrdən biri hesab olunduğunu vurğulayır.

Məqalədə deyilir ki, Qarabağ atları bir çox beynəlxalq sərgidə uğurla təmsil olunub. Məsələn, "Xan" ləqəbli Qarabağ atı 1867-ci ildə Fransada keçirilmiş bir sərgidə mükafatlandırılıb, "Elyetmez" ləqəbli at 1869-cu ildə keçirilən Ümumrusiya At sərgisində sertifikat alıb.

Azərbaycanda atçılığın tarixinə diqqət çəkən müəllif bu sənətin ölkəmizdə qədim dövrlərdən bəri meydana çıxdığını bildirir. Məqalədə vurğulanır ki, atçılıq qədim Azərbaycan dövlətləri olan Manna, Midiya, Atropatena və Albaniyada geniş yayılmışdı. “Bir sıra yerli at cinsləri, Azərbaycan atlarının təbii və tarixi şərait nəticəsində təkamülü nəticəsində, eləcə də gündəlik həyatın ehtiyacları sayəsində yüz illər boyu meydana çıxmışdır. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində inkişaf edən məşhur Qarabağ atıdır”, – deyə məqalədə qeyd olunur.

Müəllif Qarabağ atlarının cins olaraq xüsusiyyətlərindən söz açaraq, bu cinsin yaxşılaşdırılmasında Qarabağ xanlarının fabriklərinin əvəzolunmaz roluna toxunub. Damazlıqların yetişdirilməsi işinin Pənahəli xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan, Xurşudbanu Natəvan və digər sülalələrin fabriklərində və tövlələrində aparıldığını qeyd edir.

Müəllif bildirir ki, XX əsrdə Qarabağ atları tarixində ən əlamətdar hadisə Ağdam Atçılıq Mərkəzinin yaradılması idi. “Bu Mərkəzin yaradılması Qarabağ at cinsinin yaxşılaşdırılmasında çox böyük rol oynayıb. Ancaq 1993-cü ildə Ağdam Ermənistan tərəfindən işğal edildi və şəhər tamamilə dağıdıldı ...”, - deyə qeyd edən müəllif fransızdilli oxucuların diqqətini bir daha Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi misilsiz dağıntılara və vurduğu zərərə diqqət çəkir.

Məqalədə vurğulanır ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən sonra Ağdam Atçılıq Mərkəzi 1994-cü ildə Ağcabədi bölgəsinin Xamtorpağ adlanan ərazisinə köçürülüb. Torpaq, su və bitki örtüyü Qarabağ atlarının doğulduğu Ağdamın yerini əvəz edə bilməsə də, onlar ötən dövr ərzində onlar üçün əlverişsiz şəraitə uyğunlaşdılar.

Azərbaycan dövlətinin Azərbaycan atlarının şöhrətini bərpa etmək və ölkədə atçılığın inkişafını təmin etmək üçün ciddi addımlar atdığını vurğulayan müəllif 2007-ci ildə "Atların yetişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun qəbul edildiyini diqqətə çatdırır və yazır ki, Prezident İlham Əliyev tərəfindən bu qanunun tətbiqi üçün müvafiq fərmanlar imzalanıb, eyni zamanda At Yetişdirmə İnkişaf Proqramı təsdiq edilib.

Zeynab Kazımova qeyd edir ki, artıq bu gün, Azərbaycanın 2020-ci ildəki şanlı qələbəsindən sonra, Qarabağ atı Qarabağdakı evinə qayıdır! Qarabağ atı öz şöhrətini qaytarır.

Müəllif onu da əlavə edir ki, Qarabağ atı YUNESKO tərəfindən ilk dəfə Ümumdünya İrsinə aid at cinsi kimi tanınır.

Jurnalist, həmçinin öz məqaləsində Azərbaycanın qədim atüstü oyunu olan çovqan oyununa da diqqət çəkir. Məqalədə deyilir : “2013-cü ildə YUNESKO Bəşəriyyətin Qeyri-Maddi İrsinin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasını keçirdi. Bu münasibətlə, Azərbaycan, onun Qarabağ bölgəsi, eyniadlı bölgədən çıxan Qarabağ atlarının belində oynanan ənənəvi bir atçılıq oyunu olan çovqanın uyğunluğunu təsdiqlədi. Polonun atalarından biri sayılan oyun top vuran süvariləri bir araya gətirir. Çovqanın təcili qorumaya ehtiyacı olduğu qəbul edildi. Buna görə YUNESKO bəşəriyyətin dünya irsinə aid olan bu cinsi qorudu.”

Müəllif onu da qeyd edir ki, YUNESKO üçün bir heyvan növünün bəşəriyyətin dünya irsi siyahısına daxil edilməsi ilk hadisədir.

Məqalənin linki:

https://musulmansenfrance.fr/le-cheval-karabakh-une-race-appartenant-au-patrimoine-mondial-de-lhumanite/

Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Loading Bars
Xəbər lenti
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb
İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib (FOTO)
Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimi keçirilib (FOTO)
Azərbaycanda koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir - RƏSMİ
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq - Səfir (FOTO)
Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş
Dələduzluqda təqsirləndirilən qadına hökm oxundu
İranla Azərbaycan arasında tikiləcək yeni körpü yükdaşımaların artımına xidmət edəcək - Şahin Mustafayev
Astaraçay üzərində tikiləcək körpü İran və Azərbaycan arasında traniziti artıracaq
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Ermənistanda siyasi fraqmentasiya dərinləşir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
“Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib (FOTO)
Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)
Magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır - DİM
Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi üçün qanunvericilik təkmilləşdirilir
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)
Buraxılış imtahanları bir mərhələdə keçiriləcək - DİM
Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim
Bakıda daha bir küçə yenidən təmir edilib (FOTO/VİDEO)
QHT Agentliyi rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb (FOTO)
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
Ötən il Azərbaycana 17 milyon dozaya yaxın COVİD vaksini gətirilib
Abituriyentlər imtahanların dəqiq tarixinə fikir verməlidir - DİM
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib
Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər - KTMT-nin sabiq baş katibi
Dayanma, durma və parklanma ilə bağlı yeni cərimələr parlamentdə müzakirə ediləcək
Narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb (FOTO)
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək (ÖZƏL)
İran şirkəti Azərbaycanda sənaye parkının rezidenti ola bilər
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub (FOTO)
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib (FOTO)
MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib
FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib (FOTO)
Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (FOTO/VİDEO)
DİN polis qeydiyyatında olan vətəndaşların qeydiyyatlarının ləğvi ilə bağlı söz - söhbətlərə aydınlıq gətirib
Şərhlərdə söyüş yazanlar cərimə oluna bilər
SOCAR AQŞ İraq Qazma Şirkətinin nümayəndə heyəti ilə görüşüb
Bakı-İstanbul və İstanbul-Bakı üzrə -ın bütün reysləri sabah günün birinci yarısına keçirilib
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb (FOTO)
“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
Bakıda daha 175 sürücü qanunsuz parklanmaya görə cərimələnib (FOTO/VİDEO)
Tağıyevin heykəlinə zərər vuranlar həbs olunub
“BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır - Kaspersky
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb (FOTO)
Azərbaycan televiziya kanalları HD formatda yayıma başlayacaq
Prezident İlham Əliyev: Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq
Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlandı
İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün tikintisi ilin sonuna kimi başa çatacaq - Şahin Mustafayev
Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
Xaçmaz RİH başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir - İcra Hakimiyyəti
28 il sonra misli ilə alınan qisas - Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (FOTO/VİDEO)
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb
İtkin düşən Tərtər sakini axtarılır
Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb (FOTO)
Xəzərin suyu niyə sürətlə azalır?
Azərbaycan ərəb ölkələrinə zəfəran ixrac edəcək (FOTO/VİDEO)
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da görüşlərə başlayıb (FOTO)
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
İstanbul hava limanı bu tarixədək bağlı qalacaq
Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
“Qarabağ”ın oyunu təxirə salındı
Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib
Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır
Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir - Şahin İsmayılov
Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva
Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası ilə bağlı işlər başa çatmaq üzrədir - Nazir müavini
Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
Hazırda Bakıdan İstanbula iki reysin uçuşu gecikir - AZAL
Özəl sektorun Qarabağda quruculuq prosesinə cəlb edilməsi işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır - Nazir müavini
Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub
Azərbaycan yaxın zamanlarda Qarabağı ən gözəl regiona çevirəcək - Şahin Mustafayev
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik - İranın şəhərsalma naziri
Azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur - Nazir müavini
Azad olunmuş rayonlarda qoşunların fasiləsiz hərəkəti təmin edilir (VİDEO)
Sabunçuda 43 yaşlı kişini döyüb öldürən şəxs həbs edildi
Azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər arasında qadın sahibkarlarımız da var - Orxan Məmmədov
KOB İnkişaf Mərkəzləri tərəfindən 2021-ci il ərzində keçirilən təlimlərdən 9000-ə yaxın qadın yararlanıb
Bütün xəbərlər