...

Məşhur Hollivud filminin əsasında serial çəkiləcək

Mədəniyyət Materials 3 Avqust 2021 12:28 (UTC +04:00)
Məşhur Hollivud filminin əsasında serial çəkiləcək

Bakı. Orxan Nəbiyev - Trend:

"Amazon Studios" şirkəti məşhur "Üzüklərin hökmdarı" filminin əsasında serial çəkəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında deyilir.

Serialın 2022-ci ilin sentyabrında nümayiş etdirilməsi planlaşdırılır.

Serialın birinci mövsümünün çəkilişləri Yeni Zelandiyada aparılacaq. Yeni serial "Amazon Prime Video" platformasında 240 ölkədə yayımlanacaq.

Qeyd edək ki, "Üzüklərin hökmdarı" filminin üç hissəsi 2001-2003-cü illərdə çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti