...

"GIF"lərin yaradıcısı koronavirusdan ölüb

Mədəniyyət Materials 24 Mart 2022 04:18 (UTC +04:00)
"GIF"lərin yaradıcısı koronavirusdan ölüb

Bakı. Trend:

"Graphics Interchange Format" (GIF) qrafik rəqəmsal şəkillərinin yaradıcısı Stiven Uilhayt ABŞ-da 74 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən S.Uilhayt martın 14-də ailəsinin əhatəsində koronavirus infeksiyasının törətdiyi fəsadlardan dünyasını dəyişib. Faktı onun həyat yoldaşı Katalin təsdiqləyib.

"GIF" formatı S.Uilhaytın 1987-ci ildə CompuServe şirkətində çalışdığı vaxtda hazırlanıb.

2013-cü ildə S.Uilhayt İnternetin inkişafına verdiyi töhfəyə görə "Webby" mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti