...

Bakıda dünyanın ən uzun mədəniyyət gecəsi keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 19 May 2022 01:46
Bakıda dünyanın ən uzun mədəniyyət gecəsi keçirilib (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən Beynəlxalq muzeylər günü çərçivəsində muzey mühitində genişmiqyaslı multimedia layihəsini geniş kütləyə təqdim edib.

COVID-19 koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra, ənənəvi beynəlxalq "Muzeydə Gecə" aksiyası geri qayıdaraq yeni reallıq və rəqəmsal texnologiyalar formatında baş tutub. Ənənəyə sadiq qalaraq muzeylərin iş saatlarını uzadıb ziyarətçilərə yalnız sərbəst giriş deyil, digər maraqlı fəaliyyətlər də təqdim edilən bu gündə, Azərbaycan Milli İncəsənət Muzeyi bu ilki beynəlxalq muzeylər günün vahid devizini əks etdirən qeyri-adi proqram hazırlamışdır.

Azərbaycan Milli İncəsənət Muzeyinin ölkəmizin ən aparıcı muzeyi olaraq ictimaiyyəti müasir forma və innovativ konseptlər vasitəsilə zəngin muzey kolleksiyası və müxtəlif mövzu və muzey tarixinin fərqli dövrlərini əks etdirən sərgi layihələri aləminə səyahətə dəvət edib. Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva və digər rəssam və müəlliflərlər multimedia instalyasiyaları, rəqəmsal layihələr, davamlı inkişaf və gender mövzularında əsərlərini təqdim ediblər. Azərbaycanın əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestri musiqinin və dahi Səttar Bəhlulzadənin sehrli dünyasının total instalyasiyaya çevrildiyi proqramla çıxış edib.

Ən yeni müasir texnologiyaların imkanları muzey eksponatlarının qavranılmasının başqa səviyyəsini göstərərək auditoriyanı adi çərçivələrdən kənara çıxarır. Muzeyin fond və sərgi layihələrindəki incəsənət əsərləri muzey kolleksiyalarına yanaşmanın yeni formatlarında şəhərin sakinləri və qonaqları qarşısında nümayiş olunub. 2022-ci il Muzeydə gecə tamaşaçıları Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin sərvəti ilə bilavasitə muzey məkanında tanış olacaq və bu ab-havaya qərq olaraq, bədii əsərlərin əhəmiyyətini yenidən dərk edə biliblər.

Bu ilki Beynəlxalq Muzeylər Günü muzeylərin potensialını üç əsas istiqamətdə nümayiş etdirməyi hədəfləyir-dayanıqlı inkişaf, rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyaların gücü və təhsil vasitəsilə icma qurmaq gücü.

Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində strateji tərəfdaşı olaraq öz yerli icmalarında aparıcı rola malik fiqurlar kimi müxtəlif məqsədlərə, o cümlədən sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.

Muzeylər yeni texnologiyaların işlənib hazırlandığı və gündəlik həyatda tətbiq edildiyi innovativ oyun meydançalarına çevrilib. Günümüzdə rəqəmsal innovasiyalar ziyarətçilərə mürəkkəb anlayışları və onların nüanslarını anlamaqda yardımçı olmaqla muzeyləri onlar üçün daha əlçatan və cəlbedici edə bilər. Kolleksiyalar və proqramları sayəsində muzeylər icma qurmaq üçün zəruri sosial struktur yaradır və beynəlmiləl dəyərləri dəstəkləyərək hər kəsə həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan muzeylər məlumatlı və maraqlanan vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir.

Layihənin əsas tərəfdaşı Könül Rəfiyevanın kuratorluğu altında Azərbaycan-İsveç art dialoqu multimedia layihəsini təqdim edən İsveçin Azərbaycandakı Səfirliyidir.

"Muzeydə gecə- 2022" multimedia aksiyasının tədbirləri Azərbaycan Respubkikası Mədəniyyət Nazirliyinin onlayn platforması museum.az-da işıqlandırılacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Xəbər lenti

Xəbər lenti