...

AzTV-nin builki Yeni il çəkilişi yeniliklərlə yadda qalacaq (FOTO/VİDEO)

Mədəniyyət Materials 28 Dekabr 2022 12:40 (UTC +04:00)
AzTV-nin builki Yeni il çəkilişi yeniliklərlə yadda qalacaq (FOTO/VİDEO)

Bakı. Trend:

31 dekabr 2022-ci il tarixdə Azərbaycan Televiziyası Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə “Nəsillərin həmrəylik konserti” adlı proqram təqdim edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan Televiziyasının builki əsas Yeni il çəkilişi yeniliklərlə yadda qalacaq. Belə ki, konsertdə bəzi sənətçilər illər sonra, bəziləri isə ilk dəfə yer alıb. Proqramda canlı korifeylərlə yanaşı, Azərbaycan estradasının ulduzları və gənc nəslin ən çox dinlədiyi müğənnilərin ifasında rəngarəng musiqi nömrələri tamaşaçılara təqdim ediləcək.

Uzun illər sonra Xalq artisti Flora Kərimova televiziyanın əsas Yeni il çəkilişində iştirak edib, Xalq artisti Zeynəb Xanlarova sevilən musiqiləri ilə proqramın qonağı olub. Bundan başqa Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Miri Yusif, Əməkdar artistlər Sevda Ələkbərzadə, Manana Caparidze, Gülüstan Əliyeva, müğənnilər Eldar Qasımov, Nigar Camal, Elnur Məmmədov, Nura Suri, Zamiq Hüseynov və digərləri də Azərbaycan Televiziyasının bayram buraxılışının qonağı olub. Gənclərin sevimlisi olan reper ProMete, Hiss, Ayaz Babayev və Səmra Rəhimli də AzTV-nin Yeni il proqramında ilk dəfə çıxış ediblər.

Konsert proqramının aparıcıları Əməkdar artist Rafiq Həşimov və aktrisa Duyğu Dəvəlidir.

“Nəsillərin həmrəylik konserti” dekabrın 31-də saat 21:00-da Aztv-nin efirində yayımlanacaq.

https://www.youtube.com/watch?v=z_UCEUPbGgY&ab_channel=AZTV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti