...

Müasir İncəsənət Mərkəzində "Dörd element" sərgisi açılacaq

Mədəniyyət Materials 8 İyun 2023 16:41 (UTC +04:00)
Müasir İncəsənət Mərkəzində "Dörd element" sərgisi açılacaq

Bakı. Trend:

İyunun 14-də Müasir İncəsənət Mərkəzində dörd müəllifin dörd təbii elementi təcəssüm etdirən sənət əsərlərinin dörd Mini Rəsm Seriyası nümayiş olunacaq.

Su, Hava, Torpaq və Od – həm təcrübə, həm də yaş kateqoriyası üzrə müxtəlif rəssamları birləşdirən, həm də dünyanın sonsuz bir tədqiqat obyekti olduğunu sübut edən on altı "portret".

"Dörd element" sərgisi dörd bərabər elementin maddi mahiyyətini özündə cəmləşdirən dünyaya dörd sənətkarın qeyri-ordinar baxışı əks etdirir.

Burada su, hava, od və torpaq ayrılmaz interpenetrasiyada "yaşayır". Biri digərindən ağlasığmaz dərəcədə apriori olur. İnsan onların hər birini qavrayışına uyğun olaraq görür və hiss edir, dünyagörüşünə görə dərk edir.

"Dörd element" sərgisi daha çox fikirlərin, düşüncələrin, anlayışların bədii səsləşməsidir... burada hər bir müəllifin individual "siması", fərdi "rayihəsi" ilə öz "dördlüyü" var… Dörd dördə...

Sərginin kuratoru: İvanaeva Tatyana

Sərginin açılışı: 14 iyun 2023-cü il saat 19:00-da.

Ünvan: Müasir İncəsənət Mərkəzi. İçərişəhər, Qüllə küçəsi, 15.

Sərgilər 18 iyun 2023-cü il tarixinədək davam edəcək.

Sərgiyə giriş pulsuzdur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti