...

“Mənim düşüncəm” adlı uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq

Mədəniyyət Materials 11 Oktyabr 2023 16:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədi ilə ənənəvi “Mənim düşüncəm” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Trend xəbər verir ki, müsabiqəyə 9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan 800-dən çox uşaq və yeniyetmə və gənc 1200-ə qədər əsər təqdim ediblər.

Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilib.

Sərgilənəcək əsərlər və iştirakçılar https://cloud.mail.ru/public/UnPM/VLCUXgGYM və ən azı 3 iştirakçı ilə təmsil olunan dərnək və ya tədris müəssələri: 149 saylı tam orta məktəb, 201 saylı tam orta məktəb, 326 nömrəli tam orta məktəb, "Art schoool by Vəfa" rəsm dərnəyi, "Artschool Balakhanı", Balaxanı Mədəniyyət Evi, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəb, Novxanı 1 saylı tam orta məktəb, Novxanı 2 saylı tam orta məktəb, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Şirvan şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi.

Müsabiqənin yekun sərgiləri 17 və 18 oktyabr 2023-cü il tarixlərində saat 16:00-da növbəli şəkildə Xətai Sənət Mərkəzində keçiriləcək.

Sərgilənəcək əsərlər 16 noyabr tarixinə qədər Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə çərçivədə təqdim olunmalıdır.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

İştirakçılar əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected] ünvanına göndərməklə müsabiqəyə qatılıblar.

Xəbər lenti

Xəbər lenti