...

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olundu (FOTO/VİDEO)

Mədəniyyət Materials 4 Dekabr 2023 14:09 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olundu (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib.

Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.

“Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunmuş gecədə onun həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, Nizaminin sözlərinə bəstələnmiş romanslar yer alıb.

Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

İlk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.

Xəbər lenti

Xəbər lenti