...

Filarmoniyada Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Fevral 2024 12:20 (UTC +04:00)
Filarmoniyada Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend xəbər verir ki, öncəliklə akademik Rafael Hüseyov bəstəkarın həyat və yaradıcılığı haqqında dinləyicilərə geniş məlumat verib.

Daha sonra bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Samir Cəfərov, Elşən Mansurov, Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova, Anar Şuşalı, Ramil Qasımov, Aşıq Samirə, Arzu Əliyeva, Çinarə Heydərova, Respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Ərəbli, Kamilə Nəbiyeva Bəhruz Zeynalov, Hikmət Qasımov və Elşad Şıxəliyev bəstəkarın sevilən əsərlərini ifa ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti