...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “2025 Imperial Springs” Beynəlxalq Forumunun rəsmi tərəfdaşıdır (FOTO)

Mədəniyyət Materials 4 Dekabr 2025 14:50 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “2025 Imperial Springs” Beynəlxalq Forumunun rəsmi tərəfdaşıdır (FOTO)

Bakı. Trend:

30 noyabr- 4 dekabr 2025-ci il tarixlərində Çinin Quançjou şəhərində keçirilən “Imperial Springs” Beynəlxalq Forumu qlobal əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirib.

Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Forumda 30-dan çox ölkədən sabiq dövlət və hökumət başçıları, nüfuzlu şəxslər və tanınmış alimlər iştirak edib.

Tədbir çərçivəsində multilateralizm, qlobal təhlükəsizlik, iqtisadi transformasiyalar, iqlim və aşağı karbon inkişafı, texnoloji innovasiyalar, eləcə də 2030 gündəliyinin icrasına dair vacib məsələlər müzakirə olunub.
Forumun əsas tərəfdaşlarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yüksək səviyyəli panellərdə geniş təmsil olunub.

Mərkəzi aşağıdakı üzvlər təmsil edib:
- Vayra Vike-Frayberqa, Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti
- Maria Fernanda Espinosa, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti
- Jean Baderşnayder, Fortescue şirkətinin İdarə Heyətinin üzvü
- Zlatko Lagumdziya, Bosniya və Herseqovinanın sabiq Baş naziri, BMT-də Daimi Nümayəndəsi
- Mladen Ivaniç, Bosniya və Herseqovinanın sabiq Prezidenti
- İv Leterme, Belçikanın sabiq Baş naziri
- Volkan Bozkır, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti
- Rosen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti

NGIC nümayəndələri qlobal idarəetmənin yenidən tənzimlənməsi, iqtisadi dayanıqlıq, texnoloji təhlükəsizlik, yaşıl inkişaf və çoxtərəfli əməkdaşlıq mövzularında diskussiyalara töhfə veriblər.

Qeyd edək ki, Mərkəz “Imperial Springs” Beynəlxalq Forumu ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində qlobal dialoqun təşviqi, sülh və inkişaf naminə çoxtərəfli platformaların qurulması, həmçinin liderlərin birgə fəaliyyətinin dəstəklənməsi istiqamətində fəal rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti