Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
1 noyabrda Milli Məclisiə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov namizədliyini geri götürməsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: "Azay Quliyevi 15 ildir ki, tanıyıram. Mənim namizədliyimi götürməyimlə Azay Quliyevə heç bir rəqib qalmadı. 8 saylı Binəqədi birinci seçki dairəsində Azay Quliyev şəriksiz deputat seçiləcək. Fikrimcə, Azay Quliyev millət vəkili adını daşımağa daha layiqdir".
Yaydığı açıqlamada Q.İsaqov seçiciləri və tərəfdarlarını seçkidə namizəd Azay Quliyevə səs verməyə çağırıb: "Əziz seçicilər! Mənim qarşımda qaldırdığınız tələblərin hamısını bu seçkidə sizin deputatınız olacaq Azay Quliyevə ünvanlayın. Onunla daima görüşün, onunla birgə problemlərinizi həll edin".