...

Veb-kameraların quraşdırılacağı seçki məntəqələrinin siyahısı təsdiq olunub

Seçki 2015 Materials 22 Oktyabr 2015 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə müzakirə olunub.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 2008-ci ildən veb-kameraların quraşdırılmasına başlanıb: "Əvvəlcə 500 seçki məntəqəsinə belə kameralar quraşdırılmışdı, indi isə 119 seçki dairəsində, 1000 seçki məntəqəsində quraşdırılıb. Bu kameralarla, səsvermə kabinələri istisna olmaqla, dairə və məntəqələri izləmək mümkün olacaq".

Müzakirələrin yekununda veb-kameraların quraşdırılacağı dairə və məntəqələrin siyahısı təsdiq olunub.

Bundan başqa, iclasda seçkilərdə "exit-poll" keçirmək istəyən daha bir təşkilat qeydiyyata alınıb.

İclasda "RƏY" Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb. Təşkilatla bağlı məlumat verən N.Məmmədov deyib ki, mərkəz 118 seçki dairəsi üzrə "exit-poll" keçirmək niyyətindədir.

Müzakirələrin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, MSK bundan əvvəl üç təşkilatı - "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası - qeydə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti