Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçki dairələrinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına təqdim edilməsi üçün ayrılan müddət bu gün başa çatır.
Seçki Məcəlləsinə əsasən, seçkilərdə müşahidə aparılmasına dair ərizələr seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək təqdim edilməlidir.