Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Çingizxan Kərimov və Vunq-Tau küçələrində 7 binanın sakinləri ilə görüşlər keçirilib.
Trend-in məlumatına görə, seçicilər F.Muradova Xətai rayonundan namizədliyini irəli sürdüyünə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Milli Məclisdə Xətai seçicilərini təmsil edəcək deputat F.Muradov olacaqdır.
Deputatlığa namizəd sakinlərə dəstəyə görə təşəkkürünü bildirib: "Xətai rayonunda hər gün ən azı 3-4 ünvanda görüşlər keçiririk. Sakinlər tərəfindən isti münasibət və dəstəyi hiss edirik. Əminəm ki, Azərbaycanı sevən, onun inkişafını dəstəkləyən Xətai seçiciləri 1 noyabrda seçkilərdə yüksək aktivlik nümayiş etdirəcəklər."