...

Seçki günü həkimlər gücləndirilmiş iş rejimində çalışacaqlar

Seçki 2015 Materials 30 Oktyabr 2015 12:49 (UTC +04:00)
Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə bağlı Azərbaycanda Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də digər rayon və şəhərlərdəki təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində işləyəcək.
Seçki günü həkimlər gücləndirilmiş iş rejimində çalışacaqlar

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə bağlı təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində işləyəcək.

Bunu Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar həmin gün çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti