...

Estoniyalı parlamentari: Azərbaycanda seçkilər demokratik standartlar və prinsiplərə müvafiq keçirilib

Seçki 2015 Materials 2 Noyabr 2015 12:40 (UTC +04:00)
Azərbaycanda seçkilər qanunvericiliyə uyğun olaraq şəffaf və azad keçirilib.
Estoniyalı parlamentari: Azərbaycanda seçkilər demokratik standartlar və prinsiplərə müvafiq keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

"Azərbaycanda seçkilər qanunvericiliyə uyğun olaraq şəffaf və azad keçirilib".

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının yerli seçilmiş üzvlərindən ibarət seçki nümayəndə heyətinin Azərbaycanda keçirilən parlament seçkilərinə dair hesabatı zamanı estoniyali parlamentari Uno Silberq bildirib: "Nümayəndə heyətinin üzvləri səsvermə və səslərin sayılması prosesi ərzində 54 seçki məntəqəsində olub. Seçki prosesi demokratik standartlar və prinsiplərə müvafiq keçib".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti