...

Göyərtəsində azərbaycanlı olan gəmi Yapon dənizində itib

Gündəm Materials 25 Yanvar 2018 09:26 (UTC +04:00)
Yapon dənizində balıqçı gəmisi itib.
Göyərtəsində azərbaycanlı olan gəmi Yapon dənizində itib

Bakı. Trend:

Yapon dənizində balıqçı gəmisi itib.

Trend-in məlumatına görə, gəminin göyərtəsində 21 nəfər var.

Hadisə yerinə 2 gəmi və 2 vertolyot göndərilib. Hazırda axtarış ərazisində iki xilasetmə jiletinin tapıldığı deyilir.

Həmçinin göyərtəsində xilasedicilər olan "Be-200" təyyarəsinin Yapon dənizində itən "Vostok" gəmisinin axtarışı aparılan əraziyə uçduğu bildirilir.

Mənbə RİA Novosti-yə bildirib ki, ekipaj üzvlərindən biri azərbaycanlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti