...

Nazir Yanardağdan danışdı: Tənqiddən nəticə çıxaracağıq

Gündəm Materials 31 Yanvar 2018 12:10 (UTC +04:00)
Yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağda işlər görüləcək.
Nazir Yanardağdan danışdı: Tənqiddən nəticə çıxaracağıq

Bakı. İlhamə İsabalayeva -Trend :

Yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağda işlər görüləcək.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir Yanardağ ilə bağlı layihənin hazır olduğunu bildirib:

"Hazırda bu məsələ ilə bağlı proses gedir, layihə mövcuddur. Bu layihələndirmənin əsasında işlər görüləcək. Amma orada yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra bu ərazidə işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz Yanardağla bağlı məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti