...

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar ödəniş edəcəklər

Gündəm Materials 13 Fevral 2018 16:52 (UTC +04:00)
Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma - Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcəklər.
Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar ödəniş edəcəklər

Bakı. Elçin Mehdiyev - Trend:

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma - Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcəklər.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Energetika haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti