...

Azər Cəfərov: Azərbaycanda məhkumların seçki hüquqlarının təmini ilə bağlı çox mütərəqqi qanunvericilik mövcuddur

Gündəm Materials 15 Fevral 2018 12:21 (UTC +04:00)
"Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür".
Azər Cəfərov: Azərbaycanda məhkumların seçki hüquqlarının təmini ilə bağlı çox mütərəqqi qanunvericilik mövcuddur

Bakı. Elçin Mehdiyev – Trend:

"Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür".

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

A.Cəfərov bildirib ki, Azərbaycanda istintaq təcridxanalarında, həbsxanalarda saxlanılan məhkumların seçki hüquqlarının təmin olunması ilə bağlı çox mütərəqqi qanunvericilik bazası mövcuddur.

Nazir müavini qeyd edib ki, bir sıra Avropa ölkələrində məhkumların səs vermək hüquqları yoxdur, bir sıra ölkələrdə məhdudiyyətlərlə həyata keçirilir, bəzilərində isə ağır cinayət törətmişlərin bu hüququ yoxdur:

“Azərbaycanda isə bütün məhkumların səs vermək hüququ var. Ölkəmizdə uzun illərdir bu təcrübə var və bu prosesin azad və şəffaf şəkildə həyata keçirilməsi üçün bütün mexanizm mövcuddur”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti