Bakı. Rufiz Hafizoğlu - Trend:
2017-ci ildə türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər ki, onların 13,3%-i azərbaycanlıdır.
Bu barədə Trend Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.
2017-ci ilin yekunlarına əsasən, ölkədə ailə həyatı quran kişilərin orta yaş həddi 27, qadınlarda isə 24 olub.
Ötən ilin nəticələrinə görə, Türkiyədə evlənənlərin sayı 2016-cı ilə nisbətdə 4,2% azalaraq 569 459 nəfər olub. 2017-ci ildə boşananların sayı isə 2016-cı illə müqayisədə 1,8% artaraq 128 411 nəfər təşkil edib.
TÜİK-in məlumatına əsasən, keçən il boşanmaların 38,7%-i evliliyin ilk beş ilində qeydə alınıb.