Bakı. Trend:
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.