...

Bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub

Gündəm Materials 27 Aprel 2018 19:08 (UTC +04:00)
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub
Bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, topla hərəkətlərdə finala Mariya Sergeyeva və Yekaterina Seleznyova (Rusiya), Kaho Minaqava (Yaponiya), Anastasiya Salos (Belarus), Vlada Nikolçenko (Ukrayna), Katrin Taseva (Bolqarıstan), Laura Zenq və Lili Mizuno (ABŞ) çıxıblar.

Halqa ilə hərəkətlərdə finala Mariya Sergeyeva (Rusiya), Anastasiya Salos və Katerina Qalkina (Belarus), Salome Pajava (Gürcüstan), Laura Zenq (ABŞ), Katrin Taseva və Boryana Koleyn (Bolqarıstan) və Vlada Nikolçenko (Ukrayna) çıxıblar.

Qeyd edək ki, Bakıda aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən
yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF
Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti