...

"DekaBank"ın rəhbərinin məhkəməsində ekspertiza təyin edildi

Gündəm Materials 3 May 2018 16:54 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"DekaBank"ın rəhbərinin məhkəməsində ekspertiza təyin edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əmanətlərin Sığortalanması Fondundan məhkəməyə 172 vərəqədən ibarət sənədlər göndərildiyi elan edilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bəzi epizodlar üzrə Məhkəmə-Mühasibatlıq Ekspertizasının keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham olunur.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti