...

Kürdəmirdə bələdiyyə sədri cərimə olundu - Tullantılara görə

Gündəm Materials 10 May 2018 14:28 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Kürdəmirdə bələdiyyə sədri cərimə olundu - Tullantılara görə

Trend-i buradan izləyin

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti