...

Azərbaycanda SMS-lərin qiyməti ilə bağlı QƏRAR verildi

Gündəm Materials 16 May 2018 12:36 (UTC +04:00)
“Azercell” MMC SMS xidmətində nəzərdə tutulmuş tarif dəyişikliyi barədə qərarını ləğv edib.
Azərbaycanda SMS-lərin qiyməti ilə bağlı QƏRAR verildi

Bakı. Hüseyn Vəliyev - Trend:

“Azercell” MMC SMS xidmətində nəzərdə tutulmuş tarif dəyişikliyi barədə qərarını ləğv edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, “Azercell” aprelin 14-ü SMS tariflərinin 0,05 AZN-ədək yüksəldiləcəyi barədə qərar vermişdi.

Yeni qərara əsasən, SMS qiymətləri əvvəlki səviyyədə, tarif paketlərindən asılı olaraq 0,02-0,03 AZN səviyyəsində qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti