...

Bank 2 mindən çox evi kütləvi satışa çıxardı - Su qiymətinə

Gündəm Materials 31 May 2018 16:56 (UTC +04:00)
İspaniyada yay mövsümü ərəfəsində “Bankia” bankı özünə məxsus olan 2 mindən çox daşınmaz əmlakı ucuz qiymətə satışa çıxardığını açıqlayıb
Bank 2 mindən çox evi kütləvi satışa çıxardı - Su qiymətinə

Bakı. Trend:

İspaniyada yay mövsümü ərəfəsində “Bankia” bankı özünə məxsus olan 2 mindən çox daşınmaz əmlakı ucuz qiymətə satışa çıxardığını açıqlayıb.

Trend-in məlumatına görə, evlərin satışı iyun ayının sonunadək davam edəcək. Bəzi hallarda endirimlər 40 faizədək çatır.

Qeyd olunur ki, 600-dən çox ev Valensiyada, 500-ə yaxın Kataloniyada, eləcə də İspaniyanın digər regionlarında təklif olunacaq.

Bildirilir ki, ən ucuz ev Albasete əyalətində satışa çıxarılıb. Burada qəsəbələrdən birində evi 5 min avroya əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti