...

Azərbaycan Ordusunda ən yaxşı tank bölüyü komandiri kim olacaq? (FOTO/VİDEO)

Gündəm Materials 31 May 2018 17:39 (UTC +04:00)
Ən yaxşı tank bölüyü komandiri adı uğrunda yarış keçirilir.
Azərbaycan Ordusunda ən yaxşı tank bölüyü komandiri kim olacaq? (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü komandiri” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Nəticələrə əsasən ən yaxşı tank bölüyü komandiri müəyyən olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti