...

Sabahın havası: Bakıda cənub küləyi, rayonlarda leysan, dolu

Gündəm Materials 3 İyun 2018 14:37 (UTC +04:00)
Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Sabahın havası: Bakıda cənub küləyi, rayonlarda leysan, dolu

Bakı. Trend:

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-17° isti, gündüz 20-24° isti olacağı ehtimalı var.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27°, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti