...

Bakının əsas küçələrinin birində yol hərəkətinin təşkili dəyişdirilir (FOTO/VİDEO)

Gündəm Materials 12 İyul 2018 15:29 (UTC +04:00)
Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yolötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.
Bakının əsas küçələrinin birində yol hərəkətinin təşkili dəyişdirilir (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yolötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı hazırlanan layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.

Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti