...

SON DƏQİQƏ! Aİ Rusiyadan quş ətini qadağan etdi - Səbəb "quş qripi"

Gündəm Materials 16 İyul 2018 17:00 (UTC +04:00)
Avropa İttifaqı Rusiyadan quş əti və quş məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib.
SON DƏQİQƏ! Aİ Rusiyadan quş ətini qadağan etdi - Səbəb "quş qripi"

Bakı. Trend:

Avropa İttifaqı Rusiyadan quş əti və quş məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib. Trend-in məlumatına görə, qərar Rusiya Federasiyasının bir sıra vilayətlərində yüksək patogenli "quş qripi" virusunun aşkar edilməsi ilə bağlıdır.

Qeyd edək ki, qərar Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsinin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə "quş qripi" virusu aşkarlanıb. Rostovda 24 quş yetişdirmə müəssisəsində aparılan yoxlamalar zamanı 2 müəssisədə fakt üzə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti