...

Laçın Sukanal İdarəsinə məxsus borunu KİM oğurladı?

Gündəm Materials 18 İyul 2018 22:01 (UTC +04:00)
Ağcabədi rayonunda Laçın Sukanal İdarəsinə məxsus boru oğurlanıb.
Laçın Sukanal İdarəsinə məxsus borunu KİM oğurladı?

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunda Laçın Sukanal İdarəsinə məxsus boru oğurlanıb.

Trend-in məlumatına görə, hadisə Ağcabədi rayonunun Taktakörpü ərazisində baş verib.

Laçın rayonunun Kamallı kənd sakini, 1968-ci il təvəllüdlü Nəsibov İnşallah Vəli oğlu Taxtakörpü qəsəbəsi ərazisində Kamallı obasına gedən, Laçın Sukanal İdarəsinə məxsus boru xəttinin bir hissəsini idarənin razılığı olmadan kəsərək xətti yararsız vəziyyətə salıb və yaşadığı fermaya daşıyıb.

Faktla bağlı Laçın rayon polis şöbəsində araşdırmalara başlanılıb və hadisədə şübhəli bilinən İ.Nəsibov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti