...

Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 14 Sentyabr 2018 17:36 (UTC +04:00)
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edilir.
Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonu Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar olaraq 15 sentyabr gecə saat 23:00-dan 16 sentyabr 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti