...

Hazırda paytaxtın bu küçələrində sıxlıq var (SİYAHI)

Gündəm Materials 14 Sentyabr 2018 19:33 (UTC +04:00)
Sıxlıqla əlaqədar olaraq şəhərin mərkəzi hissəsində hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr müşahidə edilir.
Hazırda paytaxtın bu küçələrində sıxlıq var (SİYAHI)

Bakı. Samir Əli - Trend:

15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar hazırda bir sıra mərkəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyi Trend-ə verilən məlumata görə, bu səbəbdən hazırda Heydər Əliyev və Babək prospektlərinin kəsişməsi, Xətai, Bülbül, prospektləri, Koroğlu Rəhimov, Bakıxanov, 28 may, Yusif Səfərov, Səməd Vurğun, Gulayə Qədirbəyova və digər mərkəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıqla əlaqədar olaraq şəhərin mərkəzi hissəsində hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti