...

Gündüz Bakıda 18 dərəcə isti olacaq

Gündəm Materials 5 Noyabr 2018 11:30 (UTC +04:00)
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Gündüz Bakıda 18 dərəcə isti olacaq

Bakı. Trend:

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 4-7 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti