...

Səfir: Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub

Gündəm Materials 17 Noyabr 2018 17:59 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub.
Səfir: Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub

Bakı. Cani Babayeva - Trend:

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə açılış mərasiminə qatılan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana deyib.

Səfir qeyd edib ki, Hindistan gimnastları burada iştirak etməkdən çox şaddırlar, çünki burada çox gözəl şərait yaradılıb: "Bu yarış dünya səviyyəlidir. Hindistan gimnastları bir çox raundlarda iştirak edir və medal qazanacaqlarına çox ümid edirlər. Belə dünya səviyyəli tədbiri təşkil etdiyinə görə Azərbaycana, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bütün hindistanlılar burada olmaqdan, bu gözəl arenanı, həmçinin möhtəşəm Bakını görməkdən çox şaddırlar".

Sanjay Rana əlavə edib ki, idmançılar cidd-cəhdlə hazırlaşıblar, əllərindən gələni edirlər: "Kimin qalib gələcəyini, kimin məğlub olacağını görəcəyik, lakin əsas olan idmandan zövq almaqdır. Hamıya uğurlar arzulayıram və inanıram ki, Hindistan komandası da uğurlu çıxış edəcək. Azərbaycan və Hindistan Gimnastika federasiyaları arasında çox yaxşı münasibətlər var və bu münasibətlər daha da genişlənir".

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti