Bakı. Trend:
Ermənistan polisinə seçkiqabağı kampaniya pozuntuları ilə bağlı 81 məlumat daxil olub.
Trend-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məlumatlardan 26-sı aydın şəkildə cinayət tərkiblidi, digər 55-i isə yoxlanılmalıdır.
Qeyd edilir ki, alınan məlumatlardan 25-i Yerevandakı insidentlərlə, 56-sı isə ölkənin digər ərazilərindəki insidentlərlə bağlıdır.