Bakı. Trend:
Yeni il və Milad bayramı günlərində Rusiyanın paytaxtı Moskvada avtomobillər üçün bütün ödənişli parklanma yerləri pulsuz olacaq.
Trend-in məlumatına görə, bu barədə Moskva şəhər Nəqliyyat Departamenti elan edib.
Bu qərar dekabrın 31-dən yanvarın 8-dək qüvvədə olacaq.
Qeyd edək ki, ötən il də paytaxt meriyası və Nəqliyyat Departamenti tərəfindən belə qərar qəbul edilmişdi.