...

Milli Parkda icazəsiz ov etmək istədi - 1000 manat cərimə ödədi

Gündəm Materials 17 Dekabr 2018 15:16 (UTC +04:00)
Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxs saxlanılıb.
Milli Parkda icazəsiz ov etmək istədi - 1000 manat cərimə ödədi

Bakı. İlhamə İsabalayeva - Trend:

Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Əlikram İsmiyev olduğu müəyyən edilib və ondan ov silahı götürülüb.

Faktla bağlı Ə.İsmiyev barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti