Bakı. Hüseyn Vəliyev - Trend:
“Bakcell” şirkəti Bakıda park və digər ictimai yerlərdə ictimai “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirəcək.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Agentliyin müsahibinin sözlərinə görə, “Wi-Fi” xidmət dairəsinə daxil olmayan zonalardan söhbət gedir:
“Hazırda “Bakcell”in “Wi-Fi” nöqtələri restoran, hotel və insanların kütləvi toplaşdığı digər yerlərdə işə salınıb. Əvvəlcə biz açıq zonalardan, park və gəzinti zonalarından başlamışdıq. Daha sonra bu təşəbbüsə “Baktelecom” dövlət operatoru qoşuldu. İctimai “Wi-Fi” istifadəçilərin sayının artmasına xidmət edir ki, bu da ölkəyə gələn turistlər üçün cəlbedicidir”.