...

Dəmir yolunda təcili yardım lokomotivi istifadəyə veriləcək

Gündəm Materials 16 Yanvar 2019 20:05 (UTC +04:00)
İranda ilk dəfə dəmiryolunda təcili yardım lokomotivi istifadəyə veriləcək.
Dəmir yolunda təcili yardım lokomotivi istifadəyə veriləcək

Bakı. Elnur Bağışov - Trend:

İranda ilk dəfə dəmiryolunda təcili yardım lokomotivi istifadəyə veriləcək.

Trend-in məlumatına görə, İranın Dəmiryol İdarəsi rəsmiləri ilə həyata keçirilən razılaşmalara əsasən, ölkədə 30 dəmiryolu təcili yardım lokomotivi yaradılır.

İranın Təcili Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib ki, ilk dəmiryolu təcili yardım lokomotivi Şahrudda, sonra isə Həmədanda istifadəyə veriləcək.

Kluivənd deyib ki, hazırda İranda 3 min yardım məntəqəsi var. Bundan əlavə, 41 havadan yardım məntəqəsi, 320 təcili yardım motosikleti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti