...

Qarsda 20 Yanvar faciəsinin qurbanları yad edilib

Gündəm Materials 18 Yanvar 2019 18:42 (UTC +04:00)
Türkiyənin Qars şəhərində 20 Yanvar faciəsinin qurbanları yad edilib.
Qarsda 20 Yanvar faciəsinin qurbanları yad edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Qars şəhərində 20 Yanvar faciəsinin qurbanları yad edilib.

Trend-in məlumatına görə, 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbirdə Qars ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksel Gülbəy çıxışında bildirib ki, 20 yanvar 1990-cı ildə Azərbaycanda müstəqillik məşəli alovlandı:

"Həmin dövrdə Azadlıq meydanına toplaşan azərbaycanlı qardaşlarımız müstəqil Azərbaycanın qurulması üçün canlarından keçdilər".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti