...

Azərbaycanda aqrar məhsullara verilən sertifikatların yüksək qiyməti belə şərh edildi

Gündəm Materials 29 Yanvar 2019 16:58 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarına sertifikatların yüksək dəyəri ekspertizanın keçirilməsi üçün istifadə olunan komponentlərin maya dəyəri ilə əlaqədardır
Azərbaycanda aqrar məhsullara verilən sertifikatların yüksək qiyməti belə şərh edildi

Bakı. Mətanət Nəsibova, Sara İsrafilbəyova - Trend:

Azərbaycanda kənd təsərrüfatı məhsullarına verilən sertifikatların yüksək qiyməti ekspertizanın keçirilməsi üçün istifadə olunan komponentlərin maya dəyəri ilə əlaqədardır.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Q.Təhməzlinin sözlərinə görə, bir pestisidin ekspertizasının maya dəyəri və toksikoloji analizlərin keçirilməsi 170 manat təşkil edir. Daha əvvəl, aqrokimya preparatlarının ekspertizası 10 manat təşkil edirdi.

Agentliyin sədri əlavə edib ki, dövlət rüsumunun indiki həcmi (120 manat) mənfəətin əldə olunması üçün deyil, ekspertiza xərclərinin bir hissəsinin qarşılanması üçün təyin edilib:

“Beləliklə, Azərbaycanda sertifikatın alınması üçün ekspertizanın qiyməti maya dəyərindən azdır. Qonşu ölkələrdə bunun dəyəri daha yüksəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti