...

Azərbaycanda tikinti üçün icazələrin alınması sadələşdirilir

Gündəm Materials 21 Fevral 2019 12:51 (UTC +04:00)
Azərbaycan şirkətləri 15 gün ərzində tikinti üçün icazə və 10 gün ərzində ekspertiza tələb etməyən daşınmaz əmlak obyektlərinin istifadəsinə icazə ala biləcək
Azərbaycanda tikinti üçün icazələrin alınması sadələşdirilir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan şirkətləri 15 gün ərzində tikinti üçün icazə və 10 gün ərzində ekspertiza tələb etməyən daşınmaz əmlak obyektlərinin istifadəsinə icazə ala biləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev elektron sistemin təqdimatında deyib.

O bildirib ki, bütün bunlar elektron müraciət sistemi sayəsində mümkün olacaq.

A.Quliyevin sözlərinə görə, tikinti icazəsi üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə, icazə alınması üçün tələb oluna günlərin sayı 116-dan 18-ə, xərclər isə 6500 manatdan 1500 manatadək azalıb:

“Bütün bunlar onu göstərir ki, bu sahədə aparılan islahatlar öz bəhrəsini verir”.

Aparat rəhbəri bildirib ki, elektron müraciət sisteminin tətbiq olunmasının əsas məqsədi bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, ümumilikdə prosesin sadələşdirilməsi və vətəndaşlarla məmurlar arasında əlaqələrin azaldılmasdır.

O əlavə edib ki, sistem həmçinin şəffaflığı təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti